Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Hakan Fidan ən çox Azərbaycana səfər edib

Hakan Fidan ən çox Azərbaycana səfər edib


Türkiyənin xarici işlər naziri Hakan Fidan 2023-cü il ərzində ən çox səfər etdiyi ölkə Azərbaycan və Birləşmiş Ştatlar olub.

Newscenter.az Türkiyə Xarici İşlər Nazirliyinə istinadən bildirir ki, Fidan, Azərbaycan və Birləşmiş Ştatlarda 3 dəfə səfərdə olub.

Hakan Fidanın Azərbaycana ilk səfəri bu ilin iyulunda baş tutub. O, Bakıda keçirilən Qoşulmama Hərəkatının Koordinasiya Şurasının Nazirlər toplantısında iştirak edib.

Türkiyənin xarici siyasət idarəsi rəhbərinin ikinci səfəri isə oktyabr ayında, İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Şuşa şəhərində təşkil olunan 27-ci iclasında iştirak etmək məqsədi daşıyıb.

Nəhayət, Hakan Fidan il ərzində üçüncü dəfə dekabr ayının 14-də Azərbaycana səfərə gəlib.

Süleyman
Xəbəri paylaş