Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İndoneziyada şiddətli zəlzələ oldu

İndoneziyada şiddətli zəlzələ oldu


İndoneziyanın Açe əyalətində 5,9 bal gücündə zəlzələ baş verib.

Newscenter.az xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti (USGS) məlumat yayıb.

Episentri Sinabang şəhərindən 362 kilometr şərqdə olan 5,9 bal gücündə zəlzələ dənizin 10 kilometr dərinliyində baş verib.

Zəlzələdə indiyədək hər hansı dağıntı və ya insan tələfatı qeydə alınmasa da, İndoneziya Meteorologiya, Klimatologiya və Geofizika Agentliyi sunami təhlükəsinin olmadığı, lakin davamlı yeraltı təkanlar ola biləcəyi barədə xəbərdarlıq edib.

Mehman Mehdiyev
Xəbəri paylaş