Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Niderlandda Türkiyə futbol komandalarına dəstək aksiyası

Niderlandda Türkiyə futbol komandalarına dəstək aksiyası


Ötən gün Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilməsi nəzərdə tutulan "Qalatasaray"-"Fənərbaxça" qarşılaşmasının Səudiyyə tərəfinin yalnış addımı səbəbindən baş tutmaması təkcə Türkiyədə deyil, dünyanın əksər ölkələrində ciddi etirazlara səbəb olub. Ər-Riyadın türk komandaların meydana Qazi Mustafa Kamal Atatürkün fotosu əks olunan forma və Atatürkün posterləri ilə çıxmasına razılıq verməməsinə etiraz olaraq Niderlandda etiraz aksiyası təşkil olunub.

Newscenter.az-a Niderland-Azərbaycan Türk Kültür Dərnəyindən daxil olan xəbərə görə, təşkilat üzvləri Atatürkün fotosu və plakatlarını nümayiş etdirməklə türk komandalarına dəstək ifadə ediblər. Dəstək aksiyasında Niderland-Azərbaycan Türk Kültür Dərnəyinin üzvləri ilə yanaşı, bu ölkədə yaşayan türklər də yaxından iştirak ediblər.

Süleyman
Xəbəri paylaş