"Milli İnkişaf" ictimai birliyinin sədri, politoloq Arzuman Muradlı Dünya Universal Hapkido Federasiyası tərəfindən diplomla təltif edilib.
Bu barədə məlumatı Newscenter.az-a ictimai birliyin sədri Arzuman Muradlı özü verib. Bildirib ki, sözügedən federasiya onu gənclərin fiziki sağlamlığının təbliği və bu idman növünün inkişafı istiqamətindəki səmərəli fəaliyyətinə görə təltif edib. Diplom Arzuman Muradlıya sözügedən federasiyanın prezidenti Cəmil İzzətovun imzası ilə təqdim edilib.
Qeyd edək ki, diplomun Arzuman Muradlıya rəsmi təqdimat mərasimi isə 2024-cü il. yanvar ayının 1-də olacaq.
Süleyman