Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiya Azərbaycanla Qarabağdakı sülhməramlılarla bağlı məsələnin həllini müzakirə edir

Rusiya Azərbaycanla Qarabağdakı sülhməramlılarla bağlı məsələnin həllini müzakirə edir


Moskva və Bakı sentyabrda antiterror tədbirləri nəticəsində vəziyyətin dəyişməsindən sonra Rusiya sülhməramlılarının Azərbaycanın Qarabağ regionunda yerləşməsi ilə bağlı bütün məsələləri nəzərdən keçirir.

Newscenter.az-ın xəbərinə görə, bunu yerli KİV-ə müsahibəsində Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib.

Onun sözlərinə görə, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 2020-ci ilin noyabrında imzaladıqları üçtərəfli bəyanata əsasən, Rusiyanın sülhməramlı kontingenti Azərbaycanın Qarabağ bölgəsinə yerləşdirilib.

M.Qaluzin Azərbaycanın sentyabrda antiterror tədbirləri həyata keçirməsindən sonra regionda vəziyyətin dəyişməsinə baxmayaraq, üçtərəfli bəyanatın qüvvədə qaldığını xüsusilə vurğulayıb:

“Bu sənəd ləğv edilməyib. Sülhməramlılarımızın 5 il müddətində, yəni 2025-ci ilin noyabrına qədər, bu müddətin daha da uzadılması imkanı ilə bölgədə qalması nəzərdə tutulur”.(report)
Xəbəri paylaş