Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiyanın Ukraynaya qarşı artan hücumları nəyə hesabıanıb?

Rusiyanın Ukraynaya qarşı artan hücumları nəyə hesabıanıb?


Son həftələr Rusiyanın Ukraynaya qarşı hücumları bir qədər də intensivləşib. Kremlin Kiyevə artan hücumlarının Rusiyanın Ukraynaya qarşı başladığı müharibənin ikinci ildönümü ərəfələrinə təsadüf etməsi analitiklərdə belə bir fikir formalaşdırıb ki, Moskva 2024-cü il, fevral ayının 24-dək Ukrayna məsələsini həll etmək istəyir. Kiyevə qarşı artan hücumlar da məhz buna hesablanıb.

Newscenter.az-ın xəbərinə görə, politoloq Azər Qasımov deyib ki, Qərbin Ukraynaya dəstəyi davam etməyəcəyi təqdirdə Rusiya istəyinə çata bilər:

"Müharibənin ildönümünə iki aya yaxın vaxt qalır. Əgər Qərb koalisiyası Ukraynaya hər nə səbəbdən dəstək verməsə, hesab edirəm ki, Ukrayna da müharibənin onların evlərinə keçməsinə çalışacaq. Bunun üçün heç nəyə baxmadan müharibəni davam etdirib təslim olmamaq kifayət edəcək".

Politoloq hesab edir ki, Rusiya yeni ərazilər əldə edib, Avropa İttifaqı sərhədlərinə yaxınlaşdıqca və bu qələbələrin eyforiyası ilə onlara hücum planlayanda hamı üçün gec olacaq:

"Odur ki, işğalçını daha da güclənməmiş boğmaq lazım gələcək".

Anar Əliyev
Xəbəri paylaş