Türkiyənin 37 vilayətində İŞİD terror təşkilatına qarşı “Qəhrəmanlar-38” əməliyyatları keçirilib.
Newscenter.az Türkiyənin Daxili İşlər Nazirliyinə istinadən bildirir ki, eyni anda həyata keçirilən əməliyyat nəticəsində 189 şübhəli ələ keçirilib
Saxlanılan şəxslərin qaldıqları ev və çalışdıqları məkanlarda aparılan araşdırmalar zamanı çoxlu sayda saxta sənədlər, texniki vasitələr, eləcə də külli miqdarda pul ələ keçirilib.
Anar TAĞIYEV