Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ukraynadan sonra növbə Avropanındır

Ukraynadan sonra növbə Avropanındır


"Rusiya-Ukrayna müharibəsinin indiki məqamda bitməsini fikirləşmək doğru deyil. ABŞ və Avropa İttifaqı vəsait ayırmadı deyə Ukrayna məğlub olacaq məntiqi yanlışdır. Məsələ ondadır ki, bu müharibə tək Ukraynanın Rusiya ilə müharibəsi deyil. Bu, elə Rusiya ilə ABŞ və Aİ-nın müharibəsidir, sadəcə Ukraynanın əli ilə aparılır".

Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Azər Qasımov səsləndirib. O bildirib ki, Rusiya bu müharibədə heç bir şərt daxilində qalib ola bilməz:

"Qərbin, ya Aİ-nın Ukraynaya verməyə pulu və ya silahı yoxdurmu? Məntiq ondadır ki, Ukraynadan sonra növbə elə Avropanındır. Ukraynaya yeni silah verilməməsinin qorxusu da elə Rusiyaya görədir. Onlar həmin silahları öz müdafiələri üçün saxlayırlar. Amma məqam gələndə Rusiya onların qapısını döyəcək, onda qırılan onlar olacaq. Artıq Ukrayna yox. Odur ki, son anda öz təhlükəsizliklərini qorumaq üçün Qərb də, Avropa İttifaqı ölkələri də öz müdafiələrini qurmaq üçün bütün silahlarını Ukraynaya verəcəklər. Hələ ki, köhnə, artıq, anbarın küncündə qalmış silah-sursatı Ukraynaya veriblər. Tədricən yeni silahlar verilir. Odur ki, yeni və müasir silahların Ukraynaya verilməsi döyüşdə dönüş edəcək".

Anar Əliyev
Xəbəri paylaş