Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Xeyriyyəçi iş adamı Gülağa Tənha tərəfindən növbəti xeyriyyə aksiyası həyata keçirilib

Xeyriyyəçi iş adamı Gülağa Tənha tərəfindən növbəti xeyriyyə aksiyası həyata keçirilib


Nəğməkar şair, xeyriyyəçi iş adamı Gülağa Tənha ənənəsinə sadiq qalaraq 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl bayramı ərəfəsində daha bir xeyriyyə aksiyası həyata keçirib.

Newscenter.az xəbər verir ki, bu dəfə də xeyriyyəçi iş adamı Gülağa Tənha tərəfindən facebook Ərkivanım sosial şəbəkə qrupunun fəal üzvü və maddi dəstəyə ehtiyacı olan 100 ailənin hər birinə 100 manat maddi yardım göstərilib.

Bundan başqa Gülağa Tənha tərəfindən Masallı rayonunun Ərkivan qəsəbəsində aztəminatlı ailələrdən olan vətəndaşlara da bayram hədiyyələri təqdim edilib.

Maddi yardım və bayram hədiyyəsi verilən ayrı-ayrı vətəndaşlar, Ərkivanın sosial şəbəkə qrupunun üzvləri bu xeyirxah əməllərinə görə, xeyriyyəçi iş adamı Gülağa Tənhaya minnətdarlıqlarını bildirib, ona bu müqəddəs işdə can sağlığı və uğurlar arzu ediblər.

Qeyd edək ki, xeyriyyəçi iş adamı Gülağa Tənha təkcə Dünya Azərbaycanlılarının Həmrəylik Günü ərəfəsində deyil, eləcə də digər milli və dini bayramlarda anoloji xeyriyyə tədbirləri həyata keçirir.



R.Mehdiyeva
Xəbəri paylaş