Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

2023-cü il, tarixə suverenlimizin tam bərpası ili kimi həkk olundu

2023-cü il, tarixə suverenlimizin tam bərpası ili kimi həkk olundu


"Yola saldığımız 2023-cü il, tarixə suverenlimizin tam bərpası ili kimi həkk olundu. Xankəndidə bayrağımız ucaldıldı. 200 illik separatizmə son qoyulmaqla, bu mənfur ideologiyanın gələcək nəsillərə ötürülməsinin qarşısı alındı".

Newscenter.az xəbər verir ki, bu fikirlər Milli Məclisin deputatı Nəsib Məhəməliyevin 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilə bağlı təbrik mətnində yer alıb. O bildirib ki, bu gün, dünyanın hansı ölkəsində yaşamasından asılı olmayaraq, azərbaycanlılar qürurludur, başları dikdir:

"Ana Vətən Azərbaycan günü gündən güclənir. Azərbaycan xalqı, Qalib xalqdır".

Deputat qeyd edib ki, müasir dünyanın reallıqları, ölkəmizin təhlükəsiz gələcəyi bizlərdən milli ideologiya, “Azərbaycançılıq məfkurəsi” ətrafında daha sıx birləşməyi tələb edir:

"Bu baxımdan, dünya azərbaycanlılarının əsil həmrəyliyinə, keçdiyimiz tarixi yolun çətinliklərini, əldə olunan qələbələrin gələcək nəsillərə düzgün çatdırılmasına zərurət var. Bir daha Sizləri səmimi qəlbdən təbrik edirəm. Xoşbəxt olun.

BAYRAMLARINIZ MÜBARƏK !!!".

Süleyman İsmayilbəyli
Xəbəri paylaş