Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

AQC Həmrəylik Günü və Yeni təqvim ilinə həsr olunmuş bayram tədbiri keçirib

AQC Həmrəylik Günü və Yeni təqvim ilinə həsr olunmuş bayram tədbiri keçirib


Azərbaycan qiymətləndiricilərinin birləşdiyi yeganə platforma olan Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti Həmrəylik Günü və Yeni təqvim ilinə həsr olunmuş bayram tədbiri keçirib.

Newscenter.az xəbər verir ki, tədbirdə qiymətləndirmə şirkətlərinin rəhbərləri, nümayəndələri, media mənsubları və AQC rəsmiləri iştirak ediblər.

Tədbirdə AQC-nin bir il ərzində fəaliyyəti, əldə edilmiş uğurlar barədə cəmiyyətin sədri, Türk Dövlətləri Qiymətləndiricilər Birliyinin vitse-prezidenti olaraq bildirib ki, 2024-cü ilin may ayında Azərbaycanda “Türk Dövlətləri Qiymətləndiricilərinin Zirvə Görüşü” keçiriləcək və prezidentlik səlahiyyətləri Qazaxıstandan Azərbaycana dövr ediləcək. Eyni zamanda gələn il Azərbaycan Qiymətləndiricilər Palatasının formalaşdırılacağını və bu prosesdə cəmiyyətin fəal iştirak edəcəyini qeyd edib.

Lokal antiterror əməliyyatı nəticəsində ölkəmizin suverenliyinin tam bərpa olunmasını vurğulayaraq, bu tarixi günləri bizə yaşadan Müzəffər Ali Baş Komandan İlham Əliyevə və rəşadətli Azərbaycan Ordusuna Azərbaycan qiymətləndiriciləri adından təşəkkür edib, şəhidlərimizə rəhmət, qazilərimizə cansağlığı diləyib, 2024-cü il 7 fevral Prezident seçkilərində Azərbaycan Qiymətləndiricilərinin möhtərəm Prezident, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevi dəstəkləyəcəyini bəyan edib.

Çıxış edən qiymətləndirmə şirkətlərinin rəhbərləri, mətbuat nümayəndələri, AQC rəsmiləri cəmiyyətin fəaliyyətinə uğurlar diləyib və fikirlərini bölüşüblər.

Süleyman
Xəbəri paylaş