Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Daha bir piyada diqqətsizliyi ağır qəzaya səbəb oldu

Daha bir piyada diqqətsizliyi ağır qəzaya səbəb oldu


Bu gün saat 20:05 radələrində ADY-yə məxsus sərnişin qatarı Bakıxanov-Sabunçu sahəsində hərəkətdə olarkən bir nəfər naməlum şəxs dəmir yolu xəttini müəyyən olunmamış yerdən qəfil keçməyə cəhd edib.

Newscenter.az ADY-yə istinadən xəbər verir ki, maşinist təcili tormozlama aparsa da, toqquşma qaçılmaz olub və həmin şəxs ağır bədən xəsarətləri alıb.

"ADY bir daha piyadaları kritik təhlükəli zona hesab olunan dəmir yolu xətlərini yalnız müəyyən olunmuş yer və keçidlərdən istifadə etməklə keçməyə çağırır.

Unutmayın: "Yol Hərəkəti Haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə riayət etmək hər bir vətəndaşın borcudur",-deyə ADY bildirir.

R.Mehdiyeva
Xəbəri paylaş