Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Gəncədə yataqxana binasında yanğın olub

Gəncədə yataqxana binasında yanğın olub


Gəncə şəhərində 5 mərtəbəli yataqxana binasında yanğın olub.

Newscenter.az bildirir ki, "Report"un Qərb bürosunun məlumatına görə, Gəncə şəhər Atatürk prospektində yerləşən 5 mərtəbəli binanın 3-cü və 4-cü mərtəbəsinin eyvanları və 1 otağı içərisində əşyaları ilə birgə yanıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Gəncə şəhər Yanğından Mühafizə İdarəsinin 7 yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub və yanğın söndürlərək digər mərtəbələr yanğından mühafizə olunub.

Hadisə zamanı 3-cü mərtəbənin 15 kvadratmetr sahəsi, 4-cü mərtəbənin isə 10 kvadratmetr sahəsi yanıb. Həmçinin 16 nəfər təxliyə edilib. Onlardan bir neçə nəfərin halı pisləşib, tüstüdən zəhərlən olub. Onlara tibbi yardım göstərilib.

Yanğının başvermə səbəbləri araşdırılır.
Xəbəri paylaş