“ABŞ-da keçirilən prezident seçkilərində kimin qalib gəlməsi Rusiyanı ümumiyyətlə maraqlandırmır”.
Newscenter.az xəbər verir ki, bunu “RİA Novosti” agentliyinə müsahibəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
“Amerika siyasi elitası, partiya mənsubiyyətindən asılı olmayaraq, Rusiyaya düşmən və ekzistensial təhlükə kimi baxır”, - Rusiya XİN rəhbəri bildirib.
O, “Respublikaçı namizəd”in qalib gələcəyi təqdirdə münasibətlərin yaxşılaşacağına ümid etməyin sadəlövhlük olduğunu vurğulayıb.(report)