Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Naxçıvanda antiterror tədbirlərində şəhid olanların ailə üzvlərinə orden və medallar təqdim edilib

Naxçıvanda antiterror tədbirlərində şəhid olanların ailə üzvlərinə orden və medallar təqdim edilib



Naxçıvanda sentyabrın 19-da Azərbaycan Silahlı Qüvvələri tərəfindən Qarabağda qanunsuz erməni silahlı birləşmələrinə qarşı başladılan lokal xarakterli antiterror tədbirlərində şəhid olanların ailə üzvlərinə orden və medallar təqdim edilib.

Newscenter.az bildirir ki, “Report”un yerli bürosunun xəbərinə görə, şəhidlərin ailə üzvləri ilə keçirilən görüşdə bildirilib ki, torpaqlarımızın azadlığı uğrunda canlarından keçənlərin əziz xatirəsi daim uca tutulur, onların ailə üzvlərinə dövlət tərəfindən xüsusi diqqət göstərilir.

Görüşlərdə şəhid baş leytenant Nihat Quluzadənin 2-ci dərəcəli “Vətənə Xidmətə görə” ordeni və “Vətən uğrunda” medalı, şəhid leytenant Tural Məmmədovun 3-cü dərəcəli “Rəşadət” ordeni və “Vətən uğrunda” medalı, şəhid baş leytenant Elçin İbrahimlinin 3-cü dərəcəli “Vətənə xidmətlərə görə” ordeni və “ Vətən uğrunda” medalı və şəhid İbrahim Qasımovun 3-cü dərəcəli “Vətənə xidmətlərə görə” ordeni və “ Vətən uğrunda” medalı ailə üzvlərinə təqdim olunub.

Şəhidlərin ailə üzvləri minnətdarlıq edib, göstərilən diqqətin xalqımızın və dövlətimizin şəhidinə olan hörmət və ehtiramının bariz nümunəsi kimi dəyərləndiriblər.

Şəhid M.Məhərrəmovun Şıxmahmud kəndindəki evi Əlahiddə Ümumqoşun Ordunun əməkdaşları və Azərbaycan Respublikası Prezidentinin Naxçıvan Muxtar Respublikasında Səlahiyyətli Nümayəndəliyinin media üzrə məsul şəxsi Günay Malikqızı tərəfindən ziyarət olunub. Şəhidin ailə üzvləri ilə keçirilən görüşdə Əlahiddə Ümumqoşun Ordu komandanının müavini, general-mayor Rəhim Cəfərov bildirib ki, qəhrəman oğullarımız torpaqlarımızın azadlığı uğrunda aparılan haqq mübarizəmizdə öz canlarından keçib. Bu gün xalqımız bu oğulları ilə öyünür, onların əziz xatirəsini daim uca tutur.
Xəbəri paylaş