Xaçmaz şəhərində 82 yaşlı qadının hamam otağında meyiti tapılıb.
Newscenter.az xəbər verir ki, “Report”un Şimal bürosunun məlumatına görə, hadisə şəhərin Qaqarin küçəsində baş verib.
Belə ki, 1941-ci il təvəllüdlü Şərifova Məleykə Arzuman qızının meyiti yaşadığı mənzilin hamam otağında aşkar olunub.
Onun dəm qazından öldüyü ehtimal edilir.
M.Şərifovanın meyiti müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə - Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon Şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırılma aparılır.