Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bakıda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə atəşfəşanlıq olub

Bakıda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə atəşfəşanlıq olub


Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Dənizkənarı Milli Parkda 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibəti ilə möhtəşəm bayram atəşfəşanlığı keçirilib.

Newscenter.az xəbər verir ki, atəşfəşanlığı Dənizkənarı Parka və paytaxtın mərkəzi küçələrinə toplaşan Bakı sakinləri böyük maraqla izləyiblər.

Qeyd edək ki, Yeni il münasibətilə Dənizkənarı Milli Park, paytaxtın digər parkları və mərkəzi küçələri bayramsayağı bəzədilib, yolkalar qurulub. Həmçinin müxtəlif Yeni il atributları və simvolları, nağıl qəhrəmanlarının fiqurları quraşdırılıb.

Yeni ilin sevincini paylaşmaq üçün şəhərimizin küçə və meydanlarına axışan sakinlər və paytaxtımızın qonaqları gündən-günə gözəlləşən, yeni görkəm alan Bakı səmasını al-əlvan rənglərə boyayan bayram atəşfəşanlığına böyük maraq və heyranlıqla tamaşa ediblər.

Ötən Qələbə və Zəfər ilini xoş ovqatla yola salan xalqımız 2024-cü ili yeni arzularla və qələbələr sorağı ilə qarşılayıb.

Sona
Xəbəri paylaş