Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Paytaxtda 20 min manatdan artıq olan müxtəlif növ pirotexniki vasitə aşkar edilib

Paytaxtda 20 min manatdan artıq olan müxtəlif növ pirotexniki vasitə aşkar edilib


Polis əməkdaşları tərəfindən yüksək səsyayıcı qabiliyyətə malik pirotexniki vasitələrin satışının qarşısının alınması istiqamətində nəzarət-profilaktik tədbirlər davam etdirilir.

Newscenter.az xəbər verir ki, Sabunçu Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbir nəticəsində pirotexniki, eləcə də yüksək səsyayıcı qabiliyyətə malik partlayıcı və tezalışan məmulatların satışını təşkil edən şəxs saxlanılıb.

Ondan ümumi dəyəri 20 min manatdan artıq olan müxtəlif növ pirotexniki vasitə götürülüb.

Həmin şəxs barəsində qanunamüvafiq tədbir görülüb.

Mehman Mehdiyev
Xəbəri paylaş