Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayevin müdafiəsi üçün toplanan 47 min seçici imzası Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim olunub.
Newscenter.az-ın xəbərinə görə, imza vərəqələri tələb olunan sənədlərlə birlikdə MSK-ya təqdim edilib.
Qeyd edək ki, növbədənkənar prezident seçkilərində öz təşəbbüsü ilə namizədliyini irəli sürən Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri Zahid Orucun müdafiəsi üçün toplanan 40 mindən artıq seçici imzaları da Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim olunub.
Bu günədək 17 nəfərin prezidentliyə namizədliyinin irəli sürülməsini təsdiqlənib.
Mehman Mehdiyev