Hizbullah liderinin Livanda öldürülməsindən sonra İranda baş verən terror aktının arxasında
HƏMAS olduğunu hesab edirəm. HƏMAS lideri
Hizbullahın nəzarətində olan Livanın bir məhəlləsində öldürülür ki, bura kənar qüvvələrin girməsi mümkünsüz hesab edilir. Həmin liderin öldürülməsini İran təşkil edib. Məsələ ondadır ki, İran HƏMASI aldadıb İsrailə hücum etməyə təhrik edir və sonra özü çəkilib kənardan İsrailin HƏMASI yox etməsini izləyir. Prosesin sona yaxınlaşmasını sürətləndirmək üçün isə HƏMAS liderlərini aradan götürür. Bu, İsraillə və Amerika ilə danışılmış oyundur. Məsələ uzandıqca İranın üzərində təzyiqlər ardığı üçün HƏMAS liderlərini öldürmək şərt olur ki, İranın müharibəyə cəlb edilməsi üçün təzyiqlər fonunda onun Amerika ilə əlbir işlədiyi və müharibəyə zatən qatılmayacağı gerçəyi məlum olmasın.
İranın bu hərəkətinə görə də HƏMAS partlayışla İranı cəzalandırmaq istədi, xüsusən də, Q.Süleymaninin ölümünün ildönümü bunun üçün yaxşı fürsət oldu. İranın dini lideri Xomeneyinin Amerika ilə bağlı bəyanatı da bunu isbat edir. O, öz hərbi elitasına deyir ki, Amerikadan uzaq durun, qarşıdurma olmasın.
İran bu terror aktının təbii ki, HƏMAS tərəfindən edildiyini bildirməyəcək, amma daxildə olan əks qüvvələri neytrallaşdırmaq üçün istifadə edəcək. İsrail də öz işini artıq yekunlaşdırır.