Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bayram günlərində istirahət mərkəzlərində olan sıxlığı əhalinin varlı olması ilə əlaqələndirmək yalnışdır

Bayram günlərində istirahət mərkəzlərində olan sıxlığı əhalinin varlı olması ilə əlaqələndirmək yalnışdır


"Bayram günlərində istirahət mərkəzlərində (Hotellərdə) olan sıxlığı əhalinin varlı olması ilə, eləcə də hotellərin bahalığını süni qiymət artımları ilə əlaqələndirmək yanlışdır. Bunun sadə bir izahı var. Təklif tələbi qarşılamaqda çox acizdir. Nəticədə hər yerdə sıxlıq və kosmik qiymətlər qaçılmaz olub. Bunu rəqəmlər də təsdiq edir".

Newscenter.az xəbər verir ki, bu fikirləri iqtisadçı Eldəniz Əmirov səsləndirib. O bildirib ki, Azərbaycanda 2022-ci ildə Mehmanxana (hotel) və mehmanxana tipli müəssislərin sayı 727, birdəfəlik tutum isə 56 562 yer olub:

"Amma Azərbaycandan 3 dəfə az əhalisi olan Gürcüstanda hələ 6 il əvvəl (2017) GNTA məlumat bazasında 65,656 yer olmaqla, ümumilikdə 1,945 yerləşdirmə vahidi qeydə alınmışdı. Yəni Gürcüstanda hələ 6 il əvvəlki göstəriciləri bizdən az qala 3 dəfə yüksəkdir. Əhali sayındakı fərqi nəzərə alsaq yerləşdirmə vahidlərinə münasibətdə 9 dəfəyə qədər fərqimiz var".

İqtisadçı hesab edir ki, sıxlığın və qiymətin aşağı düşməsi üçün atılmalı olan addım yeni turizm mərkəzlərin, o cümlədən aşağı ulduzlu hotellərın regionlarda daha çox istifadəyə verilməsidir.

Süleyman
Xəbəri paylaş