Özbəkistanın Fərqanə vilayətinin Riştan şəhəri Azərbaycanın İsmayıllı rayonu ilə qardaşlaşıb.
Newscenter.az Azərbaycanın Özbəkistandakı səfirliyinin Heydər Əliyev adına Mədəniyyət Mərkəzinə istinadən bildirir ki, Riştan şəhəri Fərqanə vadisinin Böyük İpək Yolu ərazisində yerləşir və həmin dövrdə yaradılmış ən qədim şəhərlərdən biridir.
Riştan Mərkəzi Asiyada nadir sirli keramika istehsalı üzrə ən böyük ticarət mərkəzlərindən biri kimi tanınır. Dulusçuluq sənayesinin sürətlə inkişaf etdiyi bölgədə dulusçuluq məmulatlarının topdansatış bazarı yaradılmışdır.
Sənətkarlar Mərkəzləri təkcə turistləri deyil, həm də yerli sakinlərin iş yeri, istehsal mərkəzi, həm də ölkə mədəniyyətinin təbliğatını həyata keçirir.
Süleyman İsmayilbəyli