Bakının Binəqədi rayonu ərazisində evdən pul və qızıl oğurlanıb.
Newscenter.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Rayon ərazisindəki evdən 1700 manat, 2900 dollar pul və qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini R.Səfərov müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Mehman Mehdiyev