Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ağsuda narkotik satışı ilə məşğul olan şəxslər saxlanılıb

Ağsuda narkotik satışı ilə məşğul olan şəxslər saxlanılıb


Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı rayon ərazisində narkotik vasitələrin satışı ilə məşğul olan şəxslər saxlanılaraq istintaqa təhvil verilib.

Newscenter.az DİN Mətbuat Xidmətinə istinadən bildirir ki, tədbirlərlə rayon sakinləri- Natiq Nuriyev və Zamiq Müslümov saxlanılıblar. Şəxsi axtarış zamanı Natiq Nuriyevdən heroin, metamfetamin və elektron tərəzi aşkar edilərək götürülüb. Araşdırma zamanı saxlanılan şəxslərin narkotik vasitə və psixotrop maddəni birlikdə paytaxtdan Ağsuya satış məqsədilə gətirdikləri məlum olub.

Faktla bağlı cinayət işi başlanılıb,istintaq aparılır.

Mehman Mehdiyev
Xəbəri paylaş