“Azərbaycanı dini etiqad azadlığının ciddi pozuntularına yol verən ölkələrdən biri xarakterizə etmək həm dünyadan, həm də ölkəmizin yerləşdiyi regiondan məlumatsız olmaq, Cənubi Qafqazda dini sahədə mövcud olan durumu bilməməzlikdən irəli gəlir. Özünü super güc kimi təqdim edən bir ölkənin xarici siyasət idarəsi rəhbərinin bu cür açıqlaması təkcə onun şəxs olaraq deyil, Birləşmiş Ştatların da dövlət olaraq imicinə, zərbə vurur, Vaşinqtonun nə dərəcədə qərəzli, riyakar olduğunu sübuta yetirir”.
Bu fikirləri Newscenter.az-a “Milli İnkişaf” ictimai birliyinin sədri Arzuman Muradlı ABŞ dövlət katibi Entoni Blinkenin Azərbaycanı “dini etiqad azadlığının ciddi pozuntularına yol verən ölkələrdən biri” adlandırmasını şərh edərkən səsləndirib. İctimai birlik sədri deyib ki, istənilən dövlət və ya fərd kimisə hansısa məsələdə ittiham edərkən ilk növbədə həmin sahədə özündə mövcud olan duruma nəzər salmalı, təhlil etməli. Sonra mühakimə, fikir yürütməlidir:
“Bütün dünya bilir ki, dini etiqad azadlığının ən çox pozulduğu ölkələrdən biri elə məhz Birləşmiş Ştatlardır. İl ərzində istər dini, istərsə də milli zəmində Amerikada neçə-neçə cinayət hadisələri baş verir. Daim Birləşmiş Ştatların qaradərili əhalisi amerikan polisinin təzyiqləri, fiziki gücü ilə qarşılaşır. Şəhərin mərkəzində, küçələrdə Amerikan polisi heç bir əsas olmadan insanları həbs üedir, onlara atəş açır. İndiyə qədər heç bir Amerika prezidentinin bu ölkədə mövcud olan dini ibadət məkanlarına baş çəkdiyi, yaxud fərqli dinlərə məxsus məkanların təmirinə vəsait ayrıdığı praktikasına rast gəlməmişik. Ancaq Birləşmiş Ştatlardan fərqli olaraq Azərbaycanda hər zaman fərqli dinlərin nümayəndələrinə ən yüksək səviyyədə, dövlət başçısı səviyyəsində diqqət və qayğı olub, dini bayramlarda prezident İlham Əliyev tərəfindən onlara təbrik məktubu ünvanlanıb, zaman-zaman Azərbaycanda mövcud olan qeyri-İslam dininə məxsus dini ibadət məkanları dövlət tərəfindən təmir edilib. Ermənistan nəinki öz ərazisində, hətta 30 ilə yaxın müddətdə işğal altında saxladığı Azərbaycanın Qarabağ zonasında bütün dini ibadət məkanları, məscidləri dağıdıb, onları mal-qara, donuzlar üçün axura çevirdiyi halda, Azərbaycanın paytaxtı Bakı şəhərində erməni kilsəsi ən yüksək səviyyədə təmir olunub, qorunub, mühafizə edilib. Məgər ABŞ dövlət katibi Blinken bütün bunlardan xəbərsizldir? Əsla, xəbəri var. Lakin əksər Amerika rəsmilərində siyasi riyakarlıq, hər şeyə qərəzlə yanaşmaq, ən əsası türk düşmənçiliyi o həddədir ki, onlar ancaq mənfi notlar üzərində kökləniblər. Müsbət heç bir şeyi görmək istəmirlər”.
Arzuman Muradlı onu da deyib ki, Amerikanın hansısa ölkə barədə fikir yürütməsi, arbitr rolu oynaması da absurddur, hansısa ölkənin daxili işlərinə qarışmaqdır:
“Amerikaya heç kim nəzarətçi, arbitr səlahiyyəti verməyib. Yaxşı olar ki, Birləşmiş Ştatlar öz eybinə kor olsun”.
Süleyman