Bakının Suraxanı rayonunda müxtəlif evlərdən 1500 manat pul, 4000 manat dəyərində qızıl-zinət, 400 manat dəyərində gümüş və geyim, sənədlər, bank kartları, parfümeriya əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub.
Bu barədə Newscenter.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə oğurluq əməlində şübhəli bilinənlər Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar İ.Əhmədov və R.Həsənov müəyyən olunaraq saxlanılıblar.
Araşdırma aparılır.
Mehman Mehdiyev