Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ərdoğan Blinkeni qəbul edib, Qəzzadakı durum, F-16-ların satışı müzakirə olunub

Ərdoğan Blinkeni qəbul edib, Qəzzadakı durum, F-16-ların satışı müzakirə olunub


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ABŞ dövlət katibi Antoni Blinkenlə görüşündə müzakirə olunan məsələlər açıqlanıb.

Newscenter.az xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Millerin yazılı bəyanatında deyilir.

Təxminən 1,5 saat davam edən görüşdə Qəzzadakı vəziyyət, İsveçin NATO-ya üzvlük prosesi və F-16-ların satışı müzakirə edilib.

“Dövlət katibi münaqişənin genişlənməsinin qarşısının alınmasının, girovların azad olunmasının, humanitar yardımın genişləndirilməsinin və mülki əhali arasında itkilərin azaldılmasının, eləcə də regionda möhkəm və davamlı sülhün əldə edilməsi istiqamətində işlərin görülməsinin vacibliyini vurğulayıb. Buraya İsrailin təhlükəsizliyi və Fələstin dövlətinin yaradılması daxildir”, - Miller bəyanatda qeyd edib.

A.Blinken isə sosial media hesabında bildirib ki, Ərdoğanla Ukraynadakı münaqişə də daxil olmaqla, Avropa təhlükəsizliyi məsələlərini, həmçinin İsveçin NATO-ya üzvlüyünün başa çatması və Vaşinqtonla Ankara arasında ticarət və investisiya əlaqələrinin gücləndirilməsini müzakirə ediblər.

“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Qəzzadakı münaqişəni, NATO müttəfiqləri kimi ümumi təhlükəsizlik prioritetlərini və ikitərəfli ticarət və investisiyalarımızı genişləndirmək istəyimizi müzakirə etdik", - Blinken qeyd edib.(report)
Xəbəri paylaş