İstanbulun Vahdettin iqamətgahında Türkiyənin xarici işlər naziri Hakan Fidanla ABŞ-nin dövlət katibi Antoni Blinken arasında görüş başlayıb.
Newscenter.az xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.
A.Blinken Yaxın Şərq ölkələrinə səfərə çıxıb. Onun ilk dayanacağı Türkiyədir.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ABŞ diplomatiyasının rəhbərini qəbul edəcəyi gözlənilir.
Qeyd edək ki, dövlət katibi və onu müşayiət edən heyət Qəzzadakı vəziyyəti müzakirə etmək üçün bölgədə səfərdədir.
O, Türkiyədən sonra Yunanıstan, İordaniya, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, İsrail, Fələstin və Misirə səfər edərək danışıqlar aparacaq.(report)