Aygün Bəylər haqqında yayılan ölüm xəbərləri həqiqəti əks etdirmir.
Newscenter.az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb. Bildirilib ki, əməkdar artist hazırda süni tənəffüs aparatına qoşulub, saat 22:50-də Ankara-Bakı reysi ilə Vətənə gətiriləcək.
Qeyd edək ki, Aygün Bəylərin yaxınları əməkdar artistin vəfat etməsi barədə sosial şəbəkədə xəbər paylaşıblar.