Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan və Ermənistan arasında sülh məsələsinin imzalanması Amerika üçün prioritetdir?

Azərbaycan və Ermənistan arasında sülh məsələsinin imzalanması Amerika üçün prioritetdir?


"Azərbaycan və Ermənistan arasında sülh məsələsinin Blinkenin Türkiyə səfərində müzakirə edilməsi onu deməyə əsas verir ki, bu məsələ Amerika üçün prioritetdir. Bunun Türkiyə ilə müzakirə edilməsi də Türkiyənin bu prosesdə vacib rol oynadığının qəbul edilməsidir".

Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Azər Qasımov səsləndirib. Onun sözlərinə görə, Türkiyənin Rusiya ilə xüsusi münasibətlərini də nəzərə alaraq Türkiyə ilə edilən müzakirənin Rusiya tərəfindən də qəbul edilməsi ehtimalı böyükdür:

"Amerikanın sülh məsələsi ilə bağlı son proseslərdə göstərdiyi aktivlik əslində Azərbaycanın həmişəki istəyi olub. Uzun illər Azərbaycan bundan şikayətlənib ki, Amerika öz gündəminə Qarabağ məsələsini almır. Amma Azərbaycanın problemi özü həll etməsindən sonra Amerikanın aktivliyi artıb. Bunu daha çox Ermənistanla əlaqələndirmək yanlış olardı".

Politoloqun sözlərinə görə, Amerika məsələnin elə həllini istəyir ki, proses birdəfəlik həll edilsin:

"Tərəflərin birinin təzyiqi ilə məcburi həll edilməsin ki, gələcəyə yönəlik risklər qalsın. Blinkenin səfərindən sonra proseslərdə sürətlənmə olacağını düşünürəm".

Anar Əliyev
Xəbəri paylaş