Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanda dini etiqad azadlığı ən yüksək səviyyədə qorunur

Azərbaycanda dini etiqad azadlığı ən yüksək səviyyədə qorunur


"Birləşmiş Ştatların dövlət katibi Entoni Blinkenin Azərbaycanı "dini etiqad azadlığının ciddi pozuntularına yol verən ölkələrdən biri" kimi xarakterizə etməsi təkcə siyasi riyakarlıq və yalan danışmaq deyil, eyni zamanda onun Azərbaycana qarşı nə dərəcədə qərəzli, ədalətsiz mövqedə dayandığının göstəricisidir. Görünür Entoni Blinken də Amerikadakı erməni lobbisinin hazırladığı hesabatlara nəzər yetirmədən, həqiqəti araşdırmadan mülahizə irəli sürməyə öyrəncəli olub. Əks təqdirdə Birləşmiş Ştatların dövlət katibi bu boyda yanlışlığa yol verməzdi".

Bu fikirləri Newscenter.az-a Milli Məclisin deputatı İqbal Məmmədov ABŞ dövlət katibi Entoni Blinkenin Azərbaycanı “dini etiqad azadlığının ciddi pozuntularına yol verən ölkələrdən biri” adlandırmasını şərh edərkən səsləndirib.

Deputat deyib ki, Azərbaycanda dini tolerantlığın ən yüksək səviyyədə qorunduğu, bütün dinlərin nümayəndələrinə ölkəmizdə azad yaşaması, dini inanclarını yerinə yetirmələri üçün hər cür şərait yaradıldığı bütün dünyaya məlumdur:

"Bunu təkcə biz yox, bütün beynəlxalq təşkilatlar, dünya dini liderləri də açıq şəkildə etiraf edirlər. Əgər belə olmasaydı müvafiq beynəlxalq təşkilatlar dini və milli tolerantlığa həsr olunmuş beynəlxalq konfrans və forumların zaman-zaman ölkəmizdə keçirilməsinə razılıq verməzdilər. Yaxud, dünya dini liderlərinin görüşü Bakıda baş tutmazdı. Görünür, Blinken Azərbaycanla Amerikanı səhv salıb. Çünki il ərzində dini etiqad azadlığının ən çox pozulduğu ölkələr sırasında məhz Birləşmiş Ştatların ön sırada gəlir".


İqbal Məmmədov qeyd edib ki, Azərbaycanda hər zaman fərqli dinlərin nümayəndələrinə ən yüksək səviyyədə, dövlət başçısı səviyyəsində diqqət və qayğı göstərilir, dini bayramlarda prezident İlham Əliyev tərəfindən onlara təbrik məktubu ünvanlanır, zaman-zaman Azərbaycanda mövcud olan qeyri-İslam dininə məxsus dini ibadət məkanları zaman-zaman dövlət tərəfindən təmir edilir:

"Yaxşı olardı ki, Blinken Ermənistanın nəinki öz ərazisində, hətta 30 ilə yaxın müddətdə işğal altında saxladığı Azərbaycanın Qarabağ zonasında bütün dini ibadət məkanları, məscidləri dağıdıb, onları mal-qara, donuzlar üçün axura çevirməsi barədə danışardı. Yaxud, Azərbaycanın paytaxtı Bakı şəhərində erməni kilsəsi ən yüksək səviyyədə təmir olunub, qorunub, mühafizə edildiyini görməzdən gəlməzdi".

Anar Əliyev
Xəbəri paylaş