Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ermənistanın ən böyük qorxusu budur

Ermənistanın ən böyük qorxusu budur


Keçən il imzalanması gözlənilən, lakin baş tutmayan, bu il daha çox ümid bəslənilən Ermənistan-Azərbaycan arasında sülh müqaviləsində bir sıra prinsipial məsələlərin hələ də qalddığı bildirilir. Bunlar sırasında azərbaycanlılar və ermənilərin qarşılıqlı şəkildə öz yurdlarına qayıtmasıdır. Bu məsələdə hər zamankı kimi Ermənistan qeyri-konstruktivlik nümayiş etdirir.

Newscenter.az-ın xəbərinə görə, məsələ ilə bağlı fikirlərini ifadə edən politoloq Azər Qasımov deyib ki, Azərbaycan dövlətinin Qərbi Zəngəzurdan qovulmuş azərbaycanlılar və Qarabağ ərazisini tərk etmiş ermənilər məsələsində tərəflərin qarşılıqlı yaşadıqları ərazilərə qayıtması ilə bağlı mövqeyi aydın təzahür edilməlidir. Onun sözlərinə görə, ermənilərin geri qayıtması ilə paralel azərbaycanlıların da geri qayıtması məsələsi gündəmdə olmalıdır:

"Bu aydındır. Amma ermənilərin geri qayıtmaq istəməməsi durumunda azərbaycanlılar da geri qayıtmaması prinsipini qəbul etməməlidir. Azərbaycan əhalisi hər halda Qərbi Zəngəzura da qayıtmalıdır prinsipi rəhbər tutulmalıdır. Ermənilər Qarabağa qayıtmaq istəmirsə, bu, onların öz işi olmalıdır. Qayıtmırlarsa, qayıtmasınlar. Azərbaycanlı əhali mütləq Qərbi Zəngəzura qayıtmalıdır! Bu, bizim müstəsna hüququmuzdur. Dövlətin fəaliyyəti də bu istiqamətdə olmalıdır".

Azər Qasımovun sözlərinə görə, Ermənistanın ən böyük qorxusu da budur ki, ermənilər Qarabağa qayıtmaq istəmirlər:

"Azərbaycan dövləti isə bundan istifadə etməlidir. Gəlmək istəyən ermənilərə yaxşı şərait vəd etmək lazımdır ki, eynisini də Qərbi Zəngəzurda azərbaycanlılar üçün tələb edək. Bu barədə ciddi şəkildə təbliğat olmalıdır. Sülh məsələsinin vacib şərti bu olmalıdır".

Süleyman
Xəbəri paylaş