Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Gürcüstanla Rusiya arasında diplomatik münasibətlərin bərpası lazımdır-GÜRCÜ POLİTOLOQ

Gürcüstanla Rusiya arasında diplomatik münasibətlərin bərpası lazımdır-GÜRCÜ POLİTOLOQ


"Gürcüstanla Rusiya arasında diplomatik münasibətlərin bərpası lazımdır, bu proses artıq başlamalı və Gürcüstan hakimiyyəti bu istiqamətdə cəsarət göstərməlidir".

Newscenter.az "Sputnik Gürcüstan"a istinadən bildirir ki, bu fikirləri politoloq Lali Moroşkina səsləndirib. O, hesab edir ki, daim təzyiq altında olan Gürcüstan hökuməti çətin vəziyyətdən diplomatik çıxış yolu tapmağa çalışır:

"Mən başa düşürəm ki, Amerika tərəfdən təzyiq var, Avropa tərəfdən təzyiq var. Ona görə də Rusiya ilə münasibətlər minimum səviyyədədir. Amma hesab edirəm ki, bu proses uzaqda deyil. Gürcüstanın Rusiyaya qarşı sanksiyalara qoşulmaması artıq çox şey deməkdir".

Anar TAĞIYEV
Xəbəri paylaş