Keçən il Türkiyədən 12 milyard 380 milyon 538 min dollar dəyərində taxıl və paxlalı məhsullar ixrac edilib. Bu göztərici əvvəlki illə müqayisədə kəmiyyətcə 36, dəyər baxımından isə 8 faiz çoxdur.
Newscenter.az Cənub-Şərqi Anadolu İxracatçılar Birliyinə istinadən xəbər verir ki, bu sektor üzrə məhsullar 2023-cü ildə 213 ölkə və sərbəst zonaya ixrac olunub. İxrac edilən məhsulların miqdarı 14 milyon 673 min 959 ton təşkil edib.
Bu müddət ərzində ən lox ixracat Yaxın Şərq ölkələrinə olub. Ondan sonrakı yerləri isə 2 milyard 787 milyon 329 min dollarla Afrika və 1 milyard 630 milyon 585 min dollarla Avropa tutub.
Natiq Orucov