2024-cü ilin payızında keçiriləcək parlament seçkilərində müxalifətin qalib gəlmək şansı yoxdur.
Newscenter.az "Sputnik Gürcüstan"a istinadən bildirir ki, bunu hakim "Gürcü arzusu - Demokratik Gürcüstan" partiyasının sədri İrakli Kobaxidze deyib. Onun sözlərinə görə, 2024-cü il parlament seçkilərində “Gürcü arzusu”nun qələbəsi qaçılmazdır.
"2024-cü ildə Gürcüstanda parlament seçkiləri keçiriləcək. Yeni sistem üzrə deputatlar ilk dəfə seçiləcək. Seçkilər tam proporsional sistem üzrə keçiriləcək və səsvermə seçki məntəqələrində elektron qaydada baş tutacaq",-deyə Kobaxidze bildirib.
Onun sözlərinə görə, hakim partiyanın reytinqi o qədər yüksəkdir ki, müxalifətin qalib gəlmək şansı yoxdur.
“Bizim göstəricimiz bu gün 60 faizə yaxındır. Ona görə də müxalifətin bu seçkilərdə heç bir uğur qazanmaq şansı yoxdur. Bütün bunları özləri yaradıblar”.
Anar TAĞIYEV