Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ötən gün Azərbaycanda 56 kq narkotik aşkarlanıb

Ötən gün Azərbaycanda 56 kq narkotik aşkarlanıb


Ötən gün Azərbaycanda ümumi çəkisi 56,6 kiloqramdan çox narkotik vasitə və 700 ədəd metadon həbi aşkar olunaraq götürülüb.

Newscenter.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr - 2 kiloqram 282 qram heroin, 51 kiloqram 357 qram marixuana, 1,8 kiloqram tiryək, 1,2 kiloqram metamfetamin, həmçinin 700 ədəd metadon həbi olub.

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

Mehman Mehdiyev
Xəbəri paylaş