Qərb Ukrayna prezidentini məğlubiyyətə hazırlayır. Müntəzəm olaraq Qərb mətbuatında, Avropanın nüfuzlu KİV-lərində dərc edilən yazılarda Volodimir Zelenskinin artıq tükəndiyi, müharibəni davam etdirməyə gücünün qalmadığı vurğulanır. Qərb mətbuatında əksini tapan bu kimi pessimist fikirlər belə bir fikir formalaşdırıb ki, Zelenskiyə baş verənlərlə barışmaq, məğlubiyyətə imza atmaq tövsiyə edilir.
Newscenter.az-ın xəbərinə görə, AMİP Siyasi Şurasının üzvü, partiya liderinin köməkçisi Əli Oruclu da bu qənaətdədir. Onun sözlərinə görə, Zelenski razılaşdı razılaşmadı Rusiya ilə ABŞ bazarlığa gedə bilər:
“Onsuz da Zelenski önəmli rol oynamır. Proses böyük güclər tərəfindən idarə edilir. Lakin Rusiyada keçiriləcək prezident seçkiləri ərəfəsində Putinə güzəşt yox, uğur qazanmaq lazımdı. Ona görə də hesab edirəm ki, yaxın aylarda Rusiya Ukrayna üzərinə basqınları daha da intensivləşdirəcək”.
Əli Oruclu qeyd edib ki, Zelenskinin prezidentlik müddəti onsuz da bitir və Qərb itirdiklərinin əvəzini almalıdır:
“Əks halda sülhdən danışmaq inandırıcı gəlmir”.
S.İsmayılbəyli