Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Vaşinqton Azərbaycana təzyiq imkanlarını artırmaq üçün çalışır

Vaşinqton Azərbaycana təzyiq imkanlarını artırmaq üçün çalışır


"Geridə qoyduğumuz 2023 - cü ildə Azərbaycan və ABŞ münasibətlərində ciddi soyuqlaşma hiss olundu. Əsassız iddialarla ölkəmizi hədəf alan Vaşinqton rəsmiləri regional siyasətdə maraqlarının təmininə yönəlik erməni kartıntan maksimum dərəcədə yararlanmağa çalışdılar. Lakin Azərbaycana münasibətdə bu kimi addımların fayda vermədiyini anlayan Biden admistratsiyası bir müddət sonra gərginliyi azaltmaq üçün cəhdlər etməyə başladı. Dövlət katibi Antoni Bilinkenin Prezident İlham Əliyevə zəng edərək müzakirələr aparması gərginliyi azaltmaq istiqamətində fəaliyyətin tərkib hissəsi kimi açıqlandı. Lakin 2024 - cü ilin yeni başlamasına baxmayaraq okeanın o tayından yenidən antiazərbaycan səsləri eşidilməkdədir".

Newscenter.az xəbər verir ki, bu fikirləri AVP sədrinin beynəlxalq məsələlər üzrə köməkçisi Pərviz Mirizadə səsləndirib. O bildirib ki, ABŞ dövlət katibi Antoni Bilinken Azərbaycanı "dini etiqa azadlığının kobud şəkildə pozulmasına görə xüsusi nəzarət altında olan ölkələr siyahısına" daxil etdiklərini bildirib:

"ABŞ Beynəlxalq Din Azadlığı Komissiyasının (USCIRF) 2023-cü illin hesabatında ölkəmizə yönəlik iki əsassız iddia irəli sürülüb".

Birinci iddia - Qarabağda xristian dini irsinin qorunmadığı və bölgənin erməni əhalisinin hüquqlarının pozulması ilə bağlıdır.

Göründüyü kimi Qarabağın işğalı dönəmində Ermənistan tərəfindən Azərbaycan xalqına məxsus tarixi-dini mədəniyyət abidələrinin məhv edilməsi, məscidlərimizdə donuz saxlayaraq İslam dinin təhqir edilməsi, məcburi şəkildə etnik təmizləməyə məruz qoyularaq öz doğma torpaqlarından silah gücünə çıxarılan insanların acınacaqlı həyatlarını əks etdirən faktların görməzdən gəlinməsi hesabata şübhə ilə yanaşmağa əsas verir.
İkinci və təəccüblü iddia isə Azərbaycanda İrana bağlı şəbəkəyə (Müsəlman birliyi, Hüseyniyyun qruplaşmasının üzvlərinə) qarşı əməliyyatların dini etiqat azadlığının pozulması kimi qeyd olunması və tutulan cəsusların "vicdan məhbusu" adlandırılmasıdır".

AVP rəsmisi deyib ki, həmin qruplaşmaların rəhbər heyyəti rəsmi Tehrandan göstəriş alaraq ölkəmizdə konstitusiyon quruluşun dəyişdirilməsi və Azərbaycanda "şəriət hökuməti" qurmaq istədiklərini dəfələrlə bəyan ediblər:

"Bəs niyə rəsmi Vaşinqton Azərbaycanda dini rejimin qurulması istəklərinə dəstək verir?

Səbəbin rəsmi Bakıya təzyiq etmək olduğu aşkardır və cərayan edən regional proseslər fonunda məqsəd aydın şəkildə sezilir. Mən hər zaman bu nüansı xüsusi olaraq qeyd etmişəm ki, ABŞ-İran düşmənçiliyi real deyil və İslam dünyasını manipulyasiya etmək üçün uydurulmuş bir tezisdir. Çünki Ağ ev ötən əsrdən etibarən "siyasi islam"ı dəstəkləməklə özünün dövlət maraqlarının təmini üçün çalışıb. Bu gündə yollar müxtəlif olsada bu xətt sabit olaraq qalmaqdadır. Görünür Azərbaycana münasibətdə istədiyini əldə edə bilməyən Vaşinqton təzyiq imkanlarını artırmaq üçün çalışır".

Anar Əliyev
Xəbəri paylaş