“İstər namizədərin irəli sürülməsi, istər qeydə alınması, istərsə də imzatoplama kampaniyası zamanı bütün iddiaçılara əlverişli şəraitin yaradılması onu deməyə əsas verir ki, Azərbaycan öz ənənəsinə sadiq qalaraq növbədənkənar prezident seçkilərini də azad və ədalətli, demokratik, şəffaf şəkildə keçirəcək”.
Bu fikirləri Newscenter.az-a “Milli İnkişaf” İctimai Birliyinin sədri Arzuman Muradlı səsləndirib. İctimai birlik sədri deyib ki, prezidentliyə namizədlərin kifayət qədər çox olması seçkinin gərgin mübarizə şəraitində keçəcəyini söyləməyə əsas verir:
“Namizədlərin, ölkənin bir nömrəli postuna iddiaçıların sayının nə qədər çox olmasına baxmayaraq, hesab edirəm ki, Azərbaycan vətəndaşları, seçicilər öz layiqli seçimini edərək ölkəmizin davamlı inkişaf və tərəqqisinə, siyasi sabitlik və gələcək uğurlara səs verəcək. Bütün bunları özündə cəmləşdirən yeganə namizəd isə hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi, Cənab İlham Əliyevdir”.
Arzuman Muradlı əmin olduğunu bildirib ki, fevralın 7-də Azərbaycan xalqı 44 günlük Vətən müharibəsində bizi qalib xalq kimi tarixə yazan Cənab İlham Əliyevi seçkinin qalibi edəcək:
“Başqa bir variant da yoxdur. Çünki Cənab İlham Əliyev Azərbaycana rəhbərlik etdiyi 20 il ərzində xəyallarımızı reallığa çevirən bir ölkə lideri kimi tarixə düşüb”.
Süleyman