Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanda dini etiqad azadlığının pozulmasından danışmaq mədəni şəkildə desək rəzillikdir

Azərbaycanda dini etiqad azadlığının pozulmasından danışmaq mədəni şəkildə desək rəzillikdir


"Azərbaycanda hər şeyin pozulmasından danışmaq olar, amma dini etiqad azadlığının pozulmasından danışmaq mədəni şəkildə desək rəzillikdir".

Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Azər Qasımov ABŞ dövlət katibi Entoni Blinkenin Azərbaycanı “dini etiqad azadlığının ciddi pozuntularına yol verən ölkələrdən biri” adlandırmasını şərh edərkən səsləndirib.

O bildirib ki, Azərbaycan dünyaya dini tolerantlıq, bütün dini konfessiyaların sərbəst yaşadığı bir ölkə kimi örnək dövlətdir:

"Ən azı Azərbaycanı bunda günahlandırmaq yox, tərifləmək lazım idi, amma ABŞ Dövlət Departamentinin bunun əksini edib, Azərbaycanın adını hansısa qondarma dini etiqad və azadlıqların pozulması siyahısına salınsa, bu, ABŞ-ın problemidir. Azərbaycanın belə bir problemi olmayıb, indi də yoxdur. Yox, əgər hansısa farsbaş gerizəkalı, öz vətəninə satqın və düşmən dindar adlanan xainlərin İrana casusluq üstündə həbsinə gorə bu qondarma iddianı irəli sürürlərsə, onda ABŞ və İranın uzun zamandır qeyd etdiyimiz gizli tərəfdaşlığı deşifrə olunur. ABŞ onda gedib özünün terrorçu təşkilatları dəstəkləyən İranla olan qardaşlığının dərdini çəksin".

Süleyman
Xəbəri paylaş