Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Din azadlığının “qoruyucu”su rolunda çıxış edən ABŞ-ın ədalətsiz, ermənipərəst mövqeyi

Din azadlığının “qoruyucu”su rolunda çıxış edən ABŞ-ın ədalətsiz, ermənipərəst mövqeyi


"İsa Məsihin mövlüd günü ilə bağlı yanvarın 6-da İrəvanın əsas kilsəsində keçirilən mərasimdə edilən revanşist çıxışlar və erməni telegram-kanallarının “1723-cü ildən bəri ilk dəfədir “artsax”da Milad bayramı qeyd edilmir”, deyə saxta göz yaşı axıtmaları onu göstərir ki, nə erməni siyasətçiləri, nədəki erməni din xadimləri və media nümayəndələri təcavüzkarlığın, separatçılığın, irqçiliyin, radikal millətçiliyin və terrorizmin təbliğindən qətiyyən əl çəkmək fikrində deyillər".

Newscenter.az xəbər verir ki, bu fikirləri Azərbaycan Həmrəylik Komitəsinin sədri Əlisahib Hüseynov səsləndirib. Onun sözlərinə görə, bütün ermənilərin katolikosu II Qareginin sözügedən Milad mərasimində çıxış edərək, ““Artsax” ermənilər üçün heç vaxt keçmişə çevrilməyəcək və biz “Artsax xalqı”nın hüquqlarını qorumaq üçün hər cür səy göstərəcəyik” deməsi faktı isə, eyni zamanda erməni kilsəsinin iç üzünü açır. Katolikosun bu bəyanatı kilsənin erməni xalqını terrorçuluğa və separatçılığa təhrik edən, türk varlığına qarşı düşmənçiliyi təbliğ edən əsas mərkəz olduğunu bir daha təsdiqləyir:

"Vicdan və ədalət hissini tamamilə itirmiş II Qaregin Azərbaycanın əzəli torpağı olan Qarabağda bu il Milad şənliklərinin keçirilməməsindən məyus olduğunu utanmadan dilə gətirir, lakin Ermənistanın 30 il işğal altında saxladığı ərazilərimizdə məscidlərin, ziyarətgahların, qəbristanlıqların dağıdılmasını, məscidlərdə donuz saxlanmasını, alban məbədlərinin zorla “erməniləşdirilməsi”ni, muzeylərin və tarixi abidələrin talan edilməsini isə görməzdən gəlir.
Əslində biz buna qətiyyən təəccüblənmirik. Çünki erməni din xadimləri işğal dönəmində də elə indiki kimi daim şeytani mövqedən çıxış ediblər və xalqlar arasında ədavəti daha da qızışdırmağa xidmət ediblər. Bu mənada II Qaregin də öz gorbagor sələflərinin yoluyla gedir".

AHK sədri deyib ki, Azərbaycanın adını guya dini etiqad azadlıqlarının pozulduğu ölkə kimi “xüsusu nəzarət siyahısı”na salan ABŞ Dövlət Departamenti və Beynəlxalq Dini Azadlıqlar Komissiyası ölkəmizə qarşı qondarma ittihamlarla çıxış etmək əvəzinə, ilk növbədə məhz II Qaregin kimi qızışdırıcı din xadimlərinin revanşist bəyanatlarına diqqət yetirməlidir:

"Separatçılığa və nasizmə açıq çağırışlar edən, Azərbaycanın ərazi bütövlüyünə qarşı çıxış edən erməni din xadiminin beynəlxalq hüquqa zidd olan addımlarını görməzdən gəlmək ABŞ-a baş ucalığı gətirmir. Din azadlığının “qoruyucu”su rolunda çıxış edən ABŞ-ın ədalətsiz, ermənipərəst mövqeyi ikrah doğurur".

Süleyman
Xəbəri paylaş