Latviya piyada əleyhinə minaları qadağan edən Ottava Konvensiyasından çıxmağı nəzərdə tutur.
Newscenter.az xəbər verir ki, bu barədə “Sputnik Latviya” məlumat yayıb.
Məlumatda bildirlir ki, Latviya hərbi imkanlarını inkişaf etdirmək niyyətindədir. Ona görə də ölkə piyada əleyhinə minalara qoyulan qadağadan imtina edəcək Bu arada Latviya hərbçiləri də ölkənin piyada əleyhinə minaların əldə edilməsini, saxlanmasını və istifadəsini qadağan edən Ottava sazişinə yenidən baxmağa çağırırlar.
Qeyd edək ki, Ottava sazişini 166 ölkə imzalayıb. Ottava müqaviləsi Latviyaya minaları hətta hərbi anbarlarda saxlamağa icazə vermir.
Anar TAĞIYEV