Özbəkistanla Çin arasında 2 milyard dollardan artıq məbləğdə müqavilələr imzalanıb.
Newscenter.az "Sputnik Özbəkistan"a istinadən bildirir ki, bu Özbəkistanın Əndican vilayətinin nümayəndələrinin Çinə səfəri zamanı reallaşıb.
Müqavilələrə əsasən, Özbəkistana elektrikli skuter, elektrik avtobusu, günəş panelləri veriləcək. Eyni zamanda Özbəkistanda günəş panelləri ilə işləyən elektrik stansiyası quraşdırılacaq.
Qeyd edək ki, bundan əvvəl keçirilən Çin-Özbəkistan biznes-forum zamanı iki ölkə arasında 1,2 milyard dollar dəyərində razılaşma əldə edilmişdi.
Natiq Orucov