Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Özbəkistanda Azərbaycan filminin premyerası olacaq

Özbəkistanda Azərbaycan filminin premyerası olacaq


Yanvarın 9-da Özbəkistanda Azərbaycan filminin premyerası olacaq.

Bu barədə məlumatı Newscenter.az-a Azərbaycan-Türkiyə-Özbəkistan İş Adamları Birliyinin (ATUİAB) İdarə Heyətinin sədri Ruslan İmanzadə verib.

ATUİAB sədri deyib ki, SOY Production şirkətinin hazırladığı "Cin atı" filminin premyerası Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Samir Abbasovun təşkilatçılığı ilə həmin mərkəzdə baş tutacaq. Filmin premyerasında Özbəkistanda yaşayan azərbaycanlılar, bu ölkənin ali təhsil müəssisələrində təhsil alan azərbaycanlı gənclər, eləcə də iş adamları iştirak edəcək:

"Bu məqsədlə Dilarə Əliyevanın rəhbərliyi ilə SOY Production şirkətinin nümayəndə heyəti Özbəkistana səfər edib. Səfər çərçivəsində nümayəndə heyəti yanvarın 10-da Daşkənd Kimya və Texnologiya Universitetində də olacaq və təhsil ocağının müəllim heyəti, tələbələri ilə görüşəcəklər. Həmçinin, sözügedən film həmin universitetdə də nümayiş olunacaq".

S.İsmayılbəyli
Xəbəri paylaş