Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Paşinyanın qərarı ciddi etiraza səbəb olub, kütləvi istefalar var

Paşinyanın qərarı ciddi etiraza səbəb olub, kütləvi istefalar var



Ermənistanın baş naziri Nikol Paşinyanın Armavir Marz vilayətinin qubernatoru Edvard Hovhannisyanı vəzifədən azad etməsi ciddi etiraza səbəb olub.

Newscenter.az hraparak.am-a istinadən bildirir ki, baş nazirin məlum qərarından sonra Armavir Marz rayon idarəsinin bir sıra əməkdaşları işdən azad olunmaları ilə bağlı ərizə yazıblar.

Ovannisyanın köməkçisi Anna Mikayelyan, müşavirləri Satenik Tovmasyan və Feliks Poqosyan da işdən azad edilmələri üçün ərizə ilə müraciət ediblər.

Yaxın günlərdə Edvard Hovhannisyanın öz postuna qaytarılması tələbi ilə vilayətdə etiraz aksiyasının keçirilməsi nəzərdə tutulur.

Xatırladaq ki, Nikol Paşinyan şənbə günü Armavir vilayətinə işgüzar səfərindən sonra Armavir Marz qubernatoru Edvard Hovhannisyanı vəzifəsindən azad edib. O, Mexakyan adına orta məktəbin yeni idman zalında və mərasim zalında, yeni tikilən məktəblərdə qeydə alınan nöqsanlara görə, baş nazirin qəzəbinə tuş gəlib.

Anar TAĞIYEV
Xəbəri paylaş