Rusiyanın hazırkı vəziyyətdə Ukraynada apardığı müharibə, əvvəlki aylara nisbətən durumu bir qədər yaxşı görünür. Bunun bir çox səbəbləri var. Bu səbəblərin başında dünyada baş verən hadisələr, müharibələr dayanır. Eyni zamanda bu iqtisadi durumla bağlıdır.
Newscenter.az xəbər verir ki, bu fikirləri siyasi ekspert Çingiz Şahbazi səsləndirib. Onun sözlərinə görə, dunyada siyasi baxımdan durum çox gərgindir və bu gərginlik bir çox hallarda müharibələrə və ən yaxşı halda soyuq müharibələrə səbəb olub:
“Bura iqtisadi əlaqələrin iflic vəziyyətə düşməsini də əlavə etsək, görərik ki, Qərbin əvvəlki dövrlərdə olduğu kimi, artıq Rusiyaya qarşı Ukraynaya maddi və hərbi yardımlar etmək arzusu aşağı düşüb. Yaxın Şərqdə baş verənlər heç də Rusiya və Ukrayna arasında gedən müharibədən geri qalmır və bu səbəbdən Qərb davamlı olaraq yardımçı olmaqdan boyun qaçırır. Bu da Ukrayna cəbhəsində Rusiyanın daha çox üstünlüklərini qaçılmaz edir. Bildiyimiz kimi, bu il ABŞ -da növbəti prezident seçkiləri ilidir. Bu baxımdan ABŞ hökuməti də əlavə xərclərə getmək istəmir və ölkədə bu seçkilərə hazırlıq işləri görülür. Bu seçkilərdə hakim partiyaya qarşı Ukraynaya xərclənən vəsait sözsüz ki, əks tərəfin maraqlarını təmin etmək üçün istifadə olunacaq. Məhz bu amil də özünü Ukrayna cəbhəsində göstərir və irəlidə daha çox diqqət mərkəzində saxlanılacaq. Bütün bu reallıqlar hesab edirəm ki, zaman irəlilədikcə dünyada beynəlxalq gərginliyi artacaq və Rusiya bu vəziyyətdən maksimum dərəcədə istifadə etməyi düşünür. Çətin görünsə də Rusiya, Ukrayna məsələsində qalib gəlmə şansını saxlayır, demək olar”.
Anar Əliyev