Rusiya-Ukrayna müharibəsi tərəflər arasında qanlı qarşıdurmanın başladığı ikinci ildönümü ərəfəsində yeni bir mərhələyə qədəm qoyur. Daha çox Rusiyanın sistemli hücumları müşahidə edildiyi bu mərhələdə görünən odur ki, Moskva Ukraynaya hücumunun ikinci ildönümünü qələbə ilə başa vurmağı hədəfləyib. Elə politoloq Məhəmməd Əsədullazadə də bu qənaətdədir.
Newscenter.az-ın xəbərinə görə, politoloq deyib ki, Rusiyanın Ukraynaya qarşı hücumlarını intensivləşdirməsi, yeni ərazilər ələ keçirmək və mart ayında keçiriləcək prezident seçkiləri ərəfəsində V. Putinin reytinqinin yüksəldilməsi məqsədi daşıyır:
"Rusiya kifayət qədər ordusunu kompleşktleşdirib və müdafiə xəttini quraraq Ukraynanın əks hücumlarının qarşısını alır. Cəbhədə vəziyyətin gərginləşməsi NATO- nun təcili toplanti keçirilməsini zəruri edib. İki gündən sonra NATO -nun Ukrayna üzrə konfransı keçiriləcək. Çünki, NATO Ukraynaya lazımi hərbi dəstəyi verməsə, Rusiyanın Ukraynada yeni ərazilər işğal etməsi mümkün görünür. NATO Baş katibi Ukraynaya bütün lazımi silahların verilməsini dəstəkləyir. Bunun üçün üzv ölkələrlə intensiv danışıqlar aparır. Buna baxmayaraq baş katibin bütün səyləri müsbət nəticələnmir. Xüsusilə Vaşinqtonun mövqeyi burada xüsusi rol oynayır".
O deyb ki, hazırda ABŞ diqqətini Yaxin Şərqə yönəldib6
"Çünki Yaxın Şərqdə siyasi-hərbi vəziyyət gərginləşir və Vaşinqton üçün bu region daha da həyati əhəmiyyət kəsb edir. Buna baxmayaraq ABŞ Rusiyanın Ukraynada qalib gəlməsinə dözümlü yanaşmayacaq. ABŞ-ın Ukraynada Rusiyaya məğlub olması Avropa İttifaqının ABŞ dan ayrılmasına və yeni ordu yaratmasina, NATO-nun süqutuna gətirib çıxara bilər".
Politoloq onu da deyib ki, Rusiya -Ukrayna müharibəsinin diplomatik həll variantı yoxdur:
"Rusiya rəhbərliyi danışıqlarda maraqlı deyil. V. Putin növbəti prezident dönəmində Ukraynanı işğal edib, yeni ittifaq dövləti yaratmağı planlaşdırır".
Süleyman