Türkiyə 2023-cü ildə 65 min 562 "elektrikli" avtomobil satışı ilə bir çox Avropa Birliyi (AB) ölkəsini geridə qoyub.
Newscenter.az Türkiyə Statistika Təşkilatına istinadən bildirir ki, nəticədə Türkiyə "elektrikli avtomobil" satışında AB-də 6-cı yerdə qərarlaşıb.
Məlumatda qeyd edilib ki, Türkiyənin avtomobil və yüngül ticari avtomobillərin ümumi bazarı 2023-cü ildə illik dövriyyədə 57,4 faiz artıb. Belə ki, bu sektorda ilk dəfə olaraq 1 milyon 232 min 635 ədəd avtomobil satılıb.
Türkiyədə tam elektriklə işləyən avtomobillərin ümumi satışdakı payı 1,2 faizdən 6,8 faizə yüksəldiyi halda, hibrid avtomobillərin payı 10,9 faizdən 10,8 faizə enib. Tam elektrik, geniş diapazonlu elektrik və hibridləri nəzərə alsaq, ümumi bazarın 18,3 faizini elektrikləşdirilmiş avtomobillər təşkil edib.
Natiq Orucov