Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Xizək Alpinizmi üzrə Avropa Çempionatının açılış mərasimi keçirilib

Xizək Alpinizmi üzrə Avropa Çempionatının açılış mərasimi keçirilib


Fransanın Flaine bölgəsində Xizək Alpinizmi üzrə Avropa Çempionatının açılış mərasimi keçirilib.

Newscenter.az Azərbaycan Qış İdman Növləri Federasiyasına istinadən bildirir ki, 22 ölkədən 225 idmançının qatıldığı yarışda Azərbaycanın Xizək Alpinizmi üzrə milli komandası da iştirak edir.

Mərasimdə açılış nitqi ilə çıxış edən Xizək Alpinizmi üzrə Beynəlxalq Federasiyanın Avropa Konsulluğunun Prezidenti Günel Bədəlova idmançılara uğurlar arzulayıb.

Qeyd edək ki, Avropa Çempionatında idmançılarımız yanvarın 10-da sprint,11-də isə vertikal növlərdə çıxış edəcəklər.

Yarış yanvarın 12-sinə kimi davam edəcək.

Oruc Niyazov
Xəbəri paylaş