Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Yaxşı olardı ki, hesabatı hazırlamamışdan əvvəl, Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların nümayəndələrinin mövqelərini öyrənəydilər

Yaxşı olardı ki, hesabatı hazırlamamışdan əvvəl, Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların nümayəndələrinin mövqelərini öyrənəydilər


"Dini etiqad azadlığının pozulduğu ölkələrin yer aldığı "izləmə siyahısına" Azərbaycanın daxil edilməsi, tamamilə reallıqdan uzaq, qərəzli yanaşmadır. Hesabat ABŞ kimi nüfuzlu dövlətə olan inamı sarsıdır".

Bu fikirləri Newscenter.az-a Milli Məclisin deputatı Nəsib Məhəməliyev ABŞ dövlət katibi Entoni Blinkenin Azərbaycanı “dini etiqad azadlığının ciddi pozuntularına yol verən ölkələrdən biri” adlandırmasını şərh edərkən səsləndirib. Millət vəkili vurğulayıb ki, dövlət katibi Blinkenin təqdim etdiyi hesabatın hazırlanmasında, konqressdə oturmuş erməni lobbisi ilə yanaşı, içimizdə olan beşinci kolonun dəsti-xətti aydın hiss olunur:

"Burada iki istiqaməti qeyd etmək lazımdır. Birincisi, bu hesabat erməni mənbələrinə, ikincisi isə, sapı özümüzdən olan, ,"Azərbaycanda dini əqidəsinə görə, insanlar həbs olunur" tipli, radikal müxalifətin ötürdüyü yalan məlumatlara əsaslanır".

Deputatın sözlərinə görə, ssentyabr hadisələrindən sonra daşnaklar, bütün dünyaya car çəkirdilər ki, guya Azərbaycan ərazisində erməni dini abidələri, xaçkarlar dağıdılır. Ləğv edilir:

"Lakin, 30 illik işğal dövründə Azərbaycanın dini və tarixi abidələrinin yerlə yeksan olunmasını görməzdən gəlirlər. Xristian təəssübkeşliyinə görə açıq şəkildə ermənilərə dəstək verən hesabat müəlliflərinin məqsədləri aydındır. Ancaq, İran molla rejimini təbliğ edən və Azərbaycanın dünyəvi dövlət quruluşunu zorla dəyişdirməklə "kərimə" dövləti qurmaq istəyənləri müdafiə etmələri, təəccüb doğurur. Bu iki ziddiyətli məqamın arxasında duran yeganə niyyət, ABŞ-n siyasi maraqlarının təmin olunmasıdır".

Nəsib Məhəməliyev təəssüf hissi ilə qeyd edib ki, belə dezinformasiyaların yayılması, hazırki Bayden administrasiyasının mövqeyi ilə üst-üstə düşür:

"Son zamanlar, Azərbaycanın apardığı müstəqil siyasəti, Ermənistanın məğlubiyyətini həzm edə bilməyən bəzi Qərb dairələri, ölkəmizə yönəlik təzyiqləri artırmaqda davam edirlər. Təbii ki, bu yanlış mövqedir və perspektivi yoxdur. Azərbaycan onların arzuladığı “banan respublikası” deyil və xalq vahid yumruq şəklində Prezident İlham Əliyevin arxasındadır.

Yaxşı olardı ki, hesabatı hazırlamamışdan əvvəl, Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların nümayəndələrinin mövqelərini yerində öyrənəydilər. Bu olardı ədalətli yanaşma".

Süleyman İsmayilbəyli
Xəbəri paylaş